PRoMete - Son Salam

Песня "Son Salam" - исполнителя PRoMete - скачать в mp3 или слушать бесплатно.

Длительность: 3:44

Размер: 5.4Mb

Прослушано: 270

Клип к песне Son Salam




Текст песни

Ağlımda min cür xəyal, dolaşır fikirlər
Qaranlıq otağımda danışır şəkillər
Yaşanan olaylar açdı qəlbdə dəliklər
O qədər olubdur həyatıma şəriklər

Ağlımda min cür xəyal, dolaşır fikirlər
Qaranlıq otağımda danışır şəkillər
Yaşanan olaylar açdı qəlbdə dəliklər
O qədər olubdur həyatıma şəriklər

Dur, geriyə bax, bir özünü gör
Bu illərin düyünlərində sən
Nələri qazanmısan? Nələrin izini
Özünə hədəf seçmisən?
Və indi həmən sənmisən?
Varmı bir əsər içində keçmiş arzularından?

Düz yol aparır səni haralara?
Köz gəlmir daha dərin yaralara
Sözlər arxanca qarabaqara
Gözlər hər hənirtiyə yaşarar

Tökülən göz yaşımın bilinmir hesabı
Sürdüyüm ömrün məchul günahı, savabı
Onsuz mən çəkəcəm əzabı
Hər kəsə naməlumdur necədir sabahı


Mən əsla peşman deyiləm bir qram
Həyatım kinodur həm komik, həm dram
Fikrim yox bu dünyada yapışam qalam
Olmasam belə, ruhən hər zaman varam

Ağlımda min cür xəyal, dolaşır fikirlər
Qaranlıq otağımda danışır şəkillər
Yaşanan olaylar açdı qəlbdə dəliklər
O qədər olubdur həyatıma şəriklər


De! Nələri geri gətirərdin olsa imkan?
Nələri edərdin fərqli, bir də başdan?
“Bu gün boş ver, sabaha köklən”
Demək istərdim, amma sən insansan

Və tərsdir-tərsdir, bu həyat sənə tərsdir
“Bəsdir-bəsdir!” desən də, yenə kəsmir
Çıxara bilmirsən nəticə niyə sən?
Baş verən hər bir şey yeni dərsdir

Tökülən göz yaşımın bilinmir hesabı
Sürdüyüm ömrün məchul günahı, savabı
Onsuz mən çəkəcəm əzabı
Hər kəsə naməlumdur necədir sabahı

Bəlli deyil ömrümə gələn, yol alan
Sevdi məni, əzizim deyən, yad olan
İstərdim daha hər kəsdən ayrılam
Hamısına məndən, son salam

Ağlımda min cür xəyal, dolaşır fikirlər
Qaranlıq otağımda danışır şəkillər
Yaşanan olaylar açdı qəlbdə dəliklər
O qədər olubdur həyatıma şəriklər

Показать текст

Популярные треки

Someone - Vanotek, Denitia
2 Die 4 - Tove Lo
In The Dark - Purple Disco Machine, Sophie and the Giants
#HABIBATI - Пошлая Молли, HOFMANNITA
ИСКАЛА - Земфира

Будьте первым кто оставит комментарий!